EN

Millimizin keçmiş baş məşqçisi İngiltərədə kubok qazandı

Vaxtilə basketbol üzrə Azərbaycan millisini çalışdırmış Samit Nuruzadənin rəhbərlik etdiyi “Redinq Rokets” klubu növbəti kubokunu qazanıb.

Bizim.Media xəbər verir ki, komanda İngiltərənin birinci divizionunda çıxış edən klublar arasında keçirilən "Kitking Trophy" turnirinin qalibi olub.

“Ridinq Rokets” final görüşündə "Milton Keyns"ə 97:75 hesabı ilə qalib gəlib.

Bu, Nuruzadənin komandasının cari mövsümdə qazandığı ikinci kubok olub. Yanvarda “Ridinq Rokets” İngiltərə Milli Kubokuna sahib çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
80
2
bizim.media

3Sources