Martın 17-də Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə hakim Mixail Cinçoliya məlumat verib.
Onun sözlərinə görə, əməliyyat hissəsi 11:00-da (Bakı vaxtı ilə 11:00) elan ediləcək.
Qeyd edilib ki, siyasətçini 3 ildən 5 ilə qədər həbs gözləyir.
Martın 12-də Tbilisi məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. Keçmiş ölkə başçısına qarşı hələ 2014-cü ildə ittiham irəli sürülüb. Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, Saakaşvili büdcə pullarını aşpaz xidmətlərinə, yaxta və avtomobillərin icarəsinə, gödəkçələr, paltolar, saatlar və sinəyə çəkilmiş rəsm, eləcə də botoks və epilyasiya prosedurlarına xərcləyib. Eks-prezidentin özü isə istehza ilə hökmü “sürpriz” adlandırıb. “Gödəkçə işi” siyasətçinin mühakimə olunması ilə başa çatan üçüncü məhkəmə prosesi idi.