EN

Ağ Ev "Voice of America"da kütləvi ixtisarlara başlayıb

Bakı.Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası hökuməttərəfindən maliyyələşdirilən "Voice of America" (VOA) mediaqurumunda kütləvi ixtisarlara başlayıb.

Trend “AlJazeera”yə istinadən xəbər verir ki, yeni imzalanmış sərəncamçərçivəsində qurumun, demək olar ki, bütün əməkdaşları naməlummüddətə işdən uzaqlaşdırılıb.

Bazar günü VOA-nın müqaviləli işçiləri elektron məktub alaraqonların martın 31-dən etibarən işdən azad ediləcəkləri barədəməlumatlandırılıb. ABŞ Qlobal Media Agentliyi (USAGM) göndərdiyibildirişdə işçilərin dərhal işlərini dayandırmalı olduğunu vəagentliyin binalarına və sistemlərinə girişlərinin qadağanediləcəyini diqqətə çatdırıb.

VOA-nın rus dilində yayımlanan bölməsində Ağ Ev müxbiri kimiçalışan Mişa Komadovski "X" platformasında paylaşdığı məlumatdafaktı təsdiqləyib.

Bu qərar Trampın cümə günü imzaladığı sərəncamla əlaqəlidir. O,yalnız VOA-nı deyil, həmçinin, "Radio Free Europe", "Radio FreeAsia" və daha altı federal media qurumunu də əhatə edir.

Ağ Evin açıqlamasına görə, bu addım "vergi ödəyicilərini radikaltəbliğata maliyyə ayırmaqdan azad etmək" məqsədi daşıyır.

Məqalədə:
Chosen
14
az.trend.az

1Sources