EN

Ordumuz atəşə tutuldu, AB missiyası sərhədə gəldi

Ötən gün Azərbaycan Ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 3 dəfə atəşə tutulmasından sonra AB-nin bu ölkədəki missiyası sərhədə patrul göndərib.
Bolgə.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Vəziyyət sakit və sabit olaraq qalır, qeyri-adi fəaliyyət müşahidə olunmur”, - AB missiyasının vəziyyətlə bağlı bəyanatında deyilir.
Qeyd edək ki, martın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə üç dəfə məlumat yayıb.

Chosen
84
5
bolge.tv

6Sources