EN

Zərdabda "Mercedes" aşdı, sürücü öldü

Dünən Zərdab-Kürdəmir yolunda ağır qəza baş verib...

Poliqon "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü vəfat edib:

"Dünən günorta saatlarında Zərdab rayonunun İsaqbağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini A.Abbasov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib. Faktla balı araşdırmalar aparılır".

Poliqon.info

Chosen
3
7
poliqon.info

8Sources