EN

Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi - Mnatsakanyan (FOTO)

Bakı. Trend:

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan etiraf edib ki,qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlıqərarlar Ermənistanda verilib.

Trend-inxəbərinə görə, o bildirib ki, polkovnik-leytenant və daha yuxarırütbələr üzrə vəzifələrin təyinatını Ermənistan silahlıqüvvələrinin baş qərargah rəisi, müdafiə naziri və prezidentiedib.

“Mən isə “ordu”nun “komandiri” kimi mayor daxil olmaqla, ondanaşağı vəzifələri təyin edə, mayora qədər rütbə verə bilərdim”, -deyə o bildirib.

Təqsirləndirilən şəxs əlavə edib ki, qondarma rejimin“ordusu”nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyitərəfindən, silah-sursat isə tam olaraq Ermənistan silahlıqüvvələri tərəfindən təmin olunurdu. O, daha sonra bildirib: “Bizdətəchizat xidməti var idi. Təchizat xidməti qəbul edirdi, sonra hərbölməyə təqdim olunurdu. Yəni, silah-sursat təminatı ErmənistanınMüdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Qondarma
Qondarma
Chosen
37
30
az.trend.az

10Sources