EN

“Səbail”in yeni baş məşqçisi: Çox çətin yükün altına girdiyimi yaxşı dərk edirəm

Bakı, 17 mart, AZƏRTAC

“Göstərilən etimada görə təşəkkür edirəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Səbail” komandasının yeni baş məşqçisi Elvin Məmmədov təyinatı ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

O, çox çətin bir yükün altına girdiyini yaxşı dərk etdiyini bildirib: “Amma inamım böyükdür, mübariz komandamızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, sonuncu pillədəyik, xal fərqi də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq. İnanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.

Qeyd edək ki, “Səbail”lə Elvin Məmmədov arasında cari mövsümün sonunadək müqavilə imzalanıb. Mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Cavid Hüseynovu əvəzləyib.

“Səbail” hazırda Misli Premyer Liqasında 27 turdan sonra 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Chosen
13
4
azertag.az

9Sources