EN

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib (FOTO)

Bakı. Trend:

17 mart 2025-ci il tarixində Dövlət İmtahan MərkəzindəAzərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyasınınonlayn platformasının təqdimatına həsr olunan tədbir keçirilib.

Trend xəbərverir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, respublikanınmüxtəlif elm və təhsil müəssisələrinin professor-müəllim heyəti,dilçi alimlər, akademiklər və media nümayəndələri iştirakediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarəHeyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Dili üzrəSertifikasiya İmtahanının doğma dilimizin inkişafı üçünəhəmiyyətini vurğulayıb və bildirib ki, bir müddət öncə Dövlətİmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqlarıüzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiyaimtahanı modeli hazırlayıb ictimaiyyətə təqdim edib. Həmin proqramƏqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib vəmüstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsusolduğunu təsdiq edən şəhadətnamə verilib. Artıq imtahanın sınaqversiyasının onlayn platformasının hazır olduğunu qeyd edən sədrimtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçünkurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi iləbağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrəümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətlərinəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib. Sədr imtahanınAzərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçünetibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunudiqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlamaalətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştiraketməyə çağırıb.

Daha sonra imtahan proqramının elmi redaktoru vəhəmmüəlliflərindən biri Azərbaycan Dillər Universitetinin başmüəllimi Səbinə Əliyeva sözügedən imtahanın məzmunununhazırlanmasında istinad olunan proqramın elmi-metodiki əsaslarıbarədə çıxış edib.

DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri KönülHacıyeva imtahan modelinin beynəlxalq standartlara uyğunluğu iləbağlı məlumat verib və qeydedib ki, sertifikasiya imtahanıAzərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədərmüxtəlif səviyyələr üzrə qiymətləndirilməsini nəzərdə tutur.

Daha sonra Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlaynplatformasının sınaq versiyası iştirakçılara nümayiş etdirilib.

Məlumat üçün bildiririk ki, imtahan kompüterəsaslıdır. Platformabu gündən etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi internetsəhifəsindəsınaq müddətinə istifadəyə verilir. Sınaq prosesininməqsədi imtahanının effektivliyini yoxlamaq və daha datəkmilləşdirməkdir.

İstifadəçilər verilən link vasitəsilə platformada qeydiyyatdankeçə və ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər.Namizədlərin imtahan nəticələri emal olunduqdan sonra qeydiyyatzamanı göstərdikləri elektron poçt ünvanına göndərilir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
26
az.trend.az

1Sources