Bakı. Trend:
Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisəninfəaliyyətə başlaması planlaşdırılır.
Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafıAgentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov məlumat verib.
O bildirib ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olanSumqayıt Kimya Sənaye Parkında 2015-2024-cü illər ərzində 13,2milyard manatlıq məhsul istehsal edilib: "2016-2024-cü illərərzində isə 4,6 milyard manatlıq məhsul ixrac olunub. Parkdaistehsal edilən məhsullar dünyanın 70-dən artıq ölkəsinəsatılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəolan Sumqayıt Kimya Sənaye Parkına sahibkarlar tərəfindən 5,5milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq daimi işyeri yaradılıb.
Bu il Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlamasınəzərdə tutulur".
Onun sözlərinə görə, fəaliyyətə başlayacaq müəssisələr elektrikmühərrikli avtobusların, yüngül, orta və ağır tonnajlı yükavtomobillərinin, tikinti kimyəvilərin, inşaat materiallarının vəaqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın və s.məhsulların istehsalı ilə məşğul olacaqlar.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı AzərbaycanRespublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı iləyaradılıb. Park 613 hektar ərazini əhatə edir.