EN

Çin səkkizinci peyki uğurla orbitə buraxıb

Çinin "Galactic Energy" şirkəti səkkiz kosmik gəmi ilə Ceres-1 kommersiya daşıyıcı aparatını uğurla orbitə buraxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkət bu barədə "WeChat" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Açıqlamada bildirilib ki, buraxılış Çinin şimalındakı Jiuquan kosmodromundan həyata keçirilib. Bu, Ceres-1-in 18-ci missiyasıdır.

Peyklər günəşlə sinxron orbitə çıxarılıb və 535 km yüksəklikdə yerləşir.

Ceres-1 bərk yanacaqla işləyən, dörd pilləli, gövdə diametri 1,4 m, uzunluğu 19 m olan yüngül sinifli raketdir. O, 400 kq-a qədər faydalı yükləri aşağı Yer orbitinə çıxarmağa qadirdir.

Chosen
19
operativmm.az

1Sources