Bu gün Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbdə "Yol hərəkəti qaydalarına riayət edək, təhlükədən uzaq olaq" mövzusunda tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə uşaqlara küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması, azyaşlıların yol qəzalarının qurbanına çevrilməməsi üçün Xəzər rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi komissiyasının məsul katibi Rövşən Əhmədov, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və İctimai işlər üzrə inspektoru polis kapitanı Pərvanə Muradova, Xəzər rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili bölməsinin rəisi polis mayoru Xəyalə Həsənova, bölmənin inspektoru İlham İsmayılov, Xəzər rayon Dövlət Yol Polis Şöbəsinin baş inspektoru polis mayoru Əli Xəlilov, Bakı şəhər DYP İdarəsinin inspektoru polis baş leytenantı Ramil Əsgərov iştirak edib, geniş maarifləndirici söhbətlər aparılıb.
Tədbirdə 156 nömrəli tam orta məktəbin 4a sinif şagirdlərinin yol hərəkəti qaydaları ilə bağlı hazırladığı maarifləndirici səhnəciklər, qısa video çarxları, yol nişanları ilə bağlı ətraflı izahları maraqla izlənilib.