Azərbaycanın batut yığması dünya kubokunun ikinci mərhələsinə hazırlaşır.
Apasport.az xəbər verir ki, yarış aprelin 4-dən 6-dək İtaliyanın Riççone şəhərində baş tutacaq.
Dünya kubokunda 22 ölkənin gimnastları çıxış edəcəklər. Millimizin heyətində Selcan Mahsudova və Əli Niftəliyev yer alacaq.
Qeyd edək ki, Bakıda keçirilən dünya kubokunda onlar batut gimnastikasının yeni növü - qarışıq cütlüklər arasında sinxron yarışda bürünc medal qazanıblar.
İdman gimnastikası üzrə Dünya kubokunun ikinci günü başa çatıb
Gimnastımız Dünya kubokunun finalında!
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilir
"AGF Trophy" Dünya kubokunun yarış öncəsi iclası keçirilib
Təmsilçimiz dünya çempionatında iştirak edib