EN

Dövlət Proqramının icrası ilə əlaqədar NDU-da görülən tədbirlər açıqlanıb

Naxçıvan, 17 mart, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illərə dair sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində gimnaziya açılıb. Həmçinin Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Universitetlə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqlar qurulub, birgə proqramların təşkili məqsədilə bir sıra səfərlər həyata keçirilib. Dünyanın texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən universitetdə IBM Mərkəzi istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2024-cü ilin yekunlarına və 2025-ci il üzrə prioritetlərə həsr olunan brifinqdə deyib.

Rektor qeyd edib ki, Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da 21 tələbə ilə tibb ixtisası üzrə SABAH qrupları yaradılıb. NDU-da tibb tədrisi üzrə ikinci kampusun tikilməsi nəzərdə tutulub. Bundan əlavə, NDU-da təhsil alan əcnəbi tələbələrin sayının artırılması məqsədilə təşviqat işlərinin davam etdirilməsi planlaşdırılıb.

 

Chosen
20
azertag.az

1Sources