EN

Səudiyyə Ərəbistanı klubları Yamalı transfer etmək istəyir

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal Səudiyyə Ərəbistanı çempionatının klublarının diqqətini çəkib.

90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, agent Jorge Mendes "Barselona"nın prezidenti Joan Laporta bildirib ki, Səudiyyə Ərəbistanı komandaları 17 yaşlı futbolçu ilə maraqlanır və gənc oyunçuya möhkəm müqavilə təklif etməyə hazırdırlar.

Qeyd edək ki, gənc ispan özü də klub qeydiyyatını dəyişmək niyyətində deyil. Yarımmüdafiəçi tezliklə "blaugrana" ilə yeni uzunmüddətli müqavilə imzalamaq istəyir.

Xatırladaq ki, bu mövsüm Lamin Yamal Kataloniya komandasının heyətində İspaniya çempionatında 24 oyun keçirib, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

Chosen
17
90deqiqe.az

1Sources