EN

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə

ABŞ Prezidenti Donald Tramp keçmiş UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqoru ailəsi ilə birgə Oval kabinetdə qəbul edib.

Publika.az xəbər verir ki, Konorun həyat yoldaşı Di Devlin, Konor Junior, Kroya, Rayan və Mak adlı dörd övladı Ağ Evdə Trampla söhbətləşiblər.

Makqreqor administrasiyanın digər üzvləri ilə də görüşüb. O, hazırkı İrlandiya hökumətini tənqid edib.

Qeyd edək ki, daha əvvəl milyarder İlon Maskın Ağ Evə övladı X ilə birgə gəlməsi gündəm olmuşdu.

Chosen
12
3
publika.az

10Sources