EN

Qəzzaya kütləvi zərbələr bərpa edilib

AzVision.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

İsrail hərbçiləri qaçqın düşərgəsinə partlayıcı yerləşdirən iki radikalı hədəfə alıb
Qeyd edilib ki, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz orduya Qəzza zolağında HƏMAS-a qarşı qəti addımlar atmağı əmr edib: "Bu qərar HƏMAS-ın oğurladığı vətəndaşlarımızı azad etməkdən dəfələrlə imtinasından və ABŞ prezidentinin elçisi Stiv Vitkofdan, vasitəçilərdən gələn bütün təklifləri rədd etdikdən sonra verilib".

ÇAXAL-ın bəyanatında qeyd edilib ki, zərbələr Qəzza zolağının bütün ərazisi boyu HƏMAS-ın hədəflərinə endirilir. Hücumların məqsədi “bütün oğurlanmış insanların, diri və ya ölənlərin azad edilməsidir.

Xatırladaq ki, ÇAXAL-ın dünənki bəyanatında İsrail hərbçilərinin anklavın mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsi ərazisinə partlayıcı qurğu yerləşdirən fələstinli radikalları hədəfə alması bildirilirdi.

Tural Tağıyev
AzVision.az

Chosen
18
azvision.az

1Sources