Azərbaycana daxil olan pul baratlarının həcmi 1 milyard 83 milyon dollar həcmində olub.
FED.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Azərbaycana ən çox pul baratı daxil olan top 5 ölkə: Rusiya - 497 milyon dollar, Türkiyə - 176 milyon dollar, ABŞ 65 milyon dollar, Gürcüstan - 35 milyon dollar və Böyük Britaniya - 34 milyon dollar.
Azərbaycandan xaricə köcürülən pul baratlarının həcminə görə top 5 ölkə : Türkiyə - 150 milyon dollar, ABŞ - 60 milyon dolları, Rusiya - 58 milyon dolları, Gürcüstan - 45 milyon dolları və Birləşmiş Krallıq - 28 milyon dolları.