Bakı. Trend:
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi vəsatışına qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davametdirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, daxil olan məxfi məlumatəsasında Abşeron və Ucar rayonları ərazisində keçirilən xüsusiəməliyyatlarla əvvəllər dəfələrlə məhkum olunmuş daha üç şəxs - 39yaşlı İsmayıl Hümbətov, onunla əlbir olan 37 yaşlı Rəşad Mustafayevvə 33 yaşlı Orxan Xəlilov tutulublar. Onlardan 30 kiloqrama yaxıntərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, heroin vəpsixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Hər üç saxlanılan şəxs ifadəsində narkotik vasitələrişəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsiləFüzuli və Biləsuvar rayonları ərazisindəki gizli yerlərdəngötürdüklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrıünvanlara çatdırmaq niyyətində olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri iləcinayət işləri başlanılıb, araşdırmalar aparılır.
İ.Hümbətov, R.Mustafayev və O.Xəlilovun daxil olduqlarınarkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyənedilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətindəəməliyyat-istintaq tədbirləri davam etdirilir.