Demokrat.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib.
Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb.
Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir.
Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.
***09:43
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Demokrat.az
10Sources
-
apa.azSərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən yolda təhlükəsiz hərəkət üçün işlər görülüb - FOTO ( 16140873)
-
apa.azSərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən yolda təhlükəsiz hərəkət üçün işlər görülüb ( 16137691)
-
sia.azSərsəng su anbarından Umudlu kəndinə çəkilən yeni yol 10 km-ə yaxındır - FOTOLAR ( 16137557)
-
xalqqazeti.azSərsəng su anbarından Ağdərənin Umudlu kəndinə çəkilən avtomobil yolu turizmin inkişafına da töhfə verəcək ( 16137185)
-
reyting.azİlham Əliyev Qarabağda Novruz tonqalını alovlandırıb - (Yenilənir) ( 16136827)
-
anspress.comPrezident və xanımı Qarabağdadır YENİLƏNİB / FOTO / VİDEO ( 16129351)
-
yenigundem.azPrezident Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak edib - YENİLƏNDİ - FOTOLAR ( 16126501)
-
sonxeber.azPrezidentlə xanımı Ağdərədə yol açılışında - Fotolar ( 16121749)
-
moderator.azPrezident və birinci xanım Ağdərədə avtomobil yolunun açılışında - YENİLƏNİB + FOTO/VİDEO ( 16121421)
-
gundem.azPrezidentlə xanımı Ağdərədə yol açılışı etdi - Yenilənib - FOTOLAR ( 16120665)