Bakı. Trend:
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davametdirilir.
Trend xəbərverir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəziməlumat yayıb.
Bildirilib ki, mart ayının 12-də Dövlət Sərhəd Xidmətinin SərhədQoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidmətiərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirlərinəticəsində ümumi çəkisi 46 kiloqram 100 qram narkotik vasitəmarixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasıərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.