EN

“Mançester Siti” Çempionlar Liqasına vəsiqə qazanmasa, Erlinq Haaland klubdan gedəcək

Vətəninfo.az El Nacional-a istinadən xəbər verir ki, İngiltərə çempionu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland, Mançester klubu bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, kataloniyalı baş məşqçi Xosep Qvardiolanın rəhbərlik etdiyi komandanı yayda tərk edəcək.

İspaniya çempionu “Real Madrid” və Fransa çempionu PSJ-nin 24 yaşlı futbolçunu almaq imkanı var. Erlinq Haaland öz üstünlükünü Kral Klubuna verəcək.

Bu mövsüm Erlinq Haaland 38 matçda iştirak edib, 29 qol vurub və 4 məhsuldar ötürmə edib.

Premyer Liqanın 29 oyunundan sonra “Mançester Siti” 48 xalla 5-ci yerdədir.

Erlinq Haalandın Mançester klubu ilə müqaviləsi 2034-cü ilə qədərdir.

Chosen
7
veteninfo.az

1Sources