EN

Fazil Mustafa: Nikah müqaviləsi məcburi olmalıdır

Nikah müqavilələri bizdə könüllüdür.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

O bildirib ki, mediasiyaya müraciətlərin çoxu da bu sahə ilə bağlıdır: “İnsanlar bir birinə üzük aparır, qazan aparır, nə aparırsa, heç birini sənədləşdirmir. Sənədləşdirmə olmadığı üçün də məhkəmənin, mediasiyanın üstünə bu tələblərlə gəlirlər. Uşaq varsa, uşağın taleyi qalır bir yana, başlayırlar ki, üzüyün qaşı dəyişib. Kim kimə nə verirsə, konkret olaraq, sabah boşanma ehtimalı olanda nikah müqaviləsi olarsa, proses, məhkəmələrin işi uzanmaz. Avropada bu praktika var. Avropada bizim bu “gözəl” adətlərin bir çoxu yoxdur. Ailə qurmadan öncə tibbi müayinədən keçməyi əvvəl bizdə qəbul etmirdilər, amma indi bu qəbul edilir. Mediasiya institutuna dəstək vermək istəyiriksə, nikah müqaviləsinin zəruri elementlərinin burada əksini tapmasını tələb etməliyik. Nikah müqaviləsi məcburi olsa, bu kimi hallar da olmaz. Kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz”.

Chosen
10
7
apa.az

8Sources