EN

İsrailin hava hücumları nəticəsində HƏMAS-ın 5 lideri öldürülüb – YENİLƏNİB

İsrailin bu gün səhər saatlarında Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HƏMAS hərəkatının beş lideri, o cümlədən Siyasi Büronun iki üzvü öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə hərəkatdakı mənbə məlumat verib.

“İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın 5 lideri, o cümlədən hərəkatın Siyasi Bürosunun iki üzvü – İssam əd-Daalis və Əbu Ubeydə əl-Cəmasi və Qəzzadakı daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa öldürülüb”, – mənbə bildirib.

***

Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis İsrail hərbi aviasiyasının ötən gecə anklavın ərazisinə endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın mənbələrinin məlumatına görə, mərmi əd-Daalisin olduğu evə düşüb.

Bundan əlavə, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın Qəzzadakı hökumətinin daxili işlər nazirinin müavini Mahmud Əbu Vatfa da öldürülüb.

HƏMAS tərəfindən bu məlumata hələlik rəsmi şərh verilməyib.

Chosen
23
43
ictimairey.az

10Sources