İsrailin bu gün səhər saatlarında Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HƏMAS hərəkatının beş lideri, o cümlədən Siyasi Büronun iki üzvü öldürülüb.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə hərəkatdakı mənbə məlumat verib.
“İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın 5 lideri, o cümlədən hərəkatın Siyasi Bürosunun iki üzvü – İssam əd-Daalis və Əbu Ubeydə əl-Cəmasi və Qəzzadakı daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa öldürülüb”, – mənbə bildirib.
Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis İsrail hərbi aviasiyasının ötən gecə anklavın ərazisinə endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, mərmi əd-Daalisin olduğu evə düşüb.
Bundan əlavə, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın Qəzzadakı hökumətinin daxili işlər nazirinin müavini Mahmud Əbu Vatfa da öldürülüb.
HƏMAS tərəfindən bu məlumata hələlik rəsmi şərh verilməyib.