EN

Rektor: "Heydər Əliyev adına Hərbi İnstitutda gələcəkdə İtaliya vətəndaşları da təhsil ala bilərlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gələcəkdə İtaliya vətəndaşları da təhsil ala bilərlər".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta təşkil olunan mediatur zamanı institutun rektoru polkovnik Ümidvar Quliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda təhsil müəssisəsində üç ölkədən xarici kursant təhsil alır:
"Burada Qırğızıstan, Tacikistan və Türkiyədən olan xarici kursantlar da təhsil alır. Həmçinin yaxın müddətdə İtaliyadan olan nümayəndələrin instituta gələcəyi gözlənilir. Gələcəkdə bu ölkənin vətəndaşları da bizim institutda təhsil ala bilərlər".
Chosen
43
43
oxu.az

10Sources