2025-ci ilin yanvar–fevral aylarında AzÉ™rbaycanda 19 milyard 72,2 milyon manatlıq vÉ™ ya É™vvÉ™lki ilin eyni dövrü ilÉ™ müqayisÉ™dÉ™ 0,2 faiz çox ümumi daxili mÉ™hsul istehsal olunub.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artıb. ÜDM istehsalının 38,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 22 faizi digər sahələrin payına düşüb.
İlin ilk 2 ayında məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib. Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olub.
Fuad Mədətov
Finss.az