Məşhur aktyor Aras Bulut İynemli "Deha" serialının çəkiliş meydançasında qəza keçirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktyorun serialda dava səhnəsi çəkilərkən ayağı sınıb və o təcili əməliyyata alınıb.
Əməliyyatdan sonra səhhəti yaxşılaşmağa başlayan məşhur aktyor bir neçə gün sonra işinə qayıdıb. İynemli çəkiliş meydançasına sol ayağında uzun çəkmə ilə gəlib.
Qeyd edək ki, serialın çəkilişləri qaldığı yerdən davam edir.