EN

Ağ Evdən etiraf: Putin və Tramp bu məsələni də müzakirə edəcək

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp qarşıdakı telefon danışığı zamanı çox güman ki, mümkün şəxsi görüş mövzusunu qaldıracaqlar.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, həmsöhbət Amerika və Rusiya liderlərinin dialoqunu danışıqlarda növbəti addım adlandırıb.

“Tramp və Putinin şəxsi görüşü məsələsi çox güman ki, onların telefon danışığı zamanı qaldırılacaq”, - telekanalın açıqlamasında deyilir.

Chosen
17
50
publika.az

10Sources