İsrailin keçmiş milli təhlükəsizlik naziri İtamar Ben-Qvir yenidən Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabinetinə qayıdır.
Axar.az xəbər verir ki, bu barədə “Likud” partiyası məlumat yayıb.
İtamar Ben-Qvir bu qərara ordu Qəzza sektorunda hərbi əməliyyatları bərpa etdikdən sonra gəlib.
Qeyd edək ki, onun rəhbərlik etdiyi “Güclü İsrail” partiyası Qəzza sektorunda atəşkəs əldə edildikdən sonra koalisiyanı tərk edib.