“Komo”nun futbolçusu Dele Alli A Seriyasının 29-cu turunun “Milan”la oyununda (1:2) debüt edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu uzun müddətdən sonra meydana çıxıb.
O, matçın 81-ci dəqiqəsində meydana çıxıb, lakin 10 dəqiqə sonra isə qırmızı vərəqə alıb. Yarımmüdafiəçi “Milan”ın futbolçusu Ruben Loftus-Çikə qarşı kobudluq edib.
Alli sonuncu dəfə 26 fevral 2023-cü ildə, “Antalyaspor”la oyunda (0:0) “Beşiktaş”ın heyətində meydana çıxıb.
Dele Alli 2025-ci il yanvarın 19-da “Komo” ilə müqavilə imzalayıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
28 yaşlı futbolçunun son klubu “Everton” olmuşdu. O, İngiltərə millisində 37 oyuna çıxıb və 3 qol vurub.