EN

İsmayıllı Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı işdən çıxarılıb ŞİKAYƏT/VİDEO

İsmayıllı Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı işdən çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər iddia edirlər ki, rəhbərlik tərəfindən  2025-ci ilin yanvar ayında  heç bir rəsmi xəbərdarlıq olmadan  işdən azad olunublar.

Bəziləri isə bildirirlər ki, onların vəzifəsi dəyişdirilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb sorğu ünvanladıq. Lakin 2 gün keçməsinə baxmayaraq suallarımıza cavab verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
29
2
xezerxeber.az

10Sources