EN

Riyakar müsəlman olmaqdansa, əməlisaleh ateist olmaq yaxşıdır

“Oruc tutan insan ümumiyyətlə bütün günahlardan çəkinməlidir. Oruc təkcə yemək və içməkdən uzaq durmaq deyil”. 

Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, əvvəlki Peyğəmbərlərin dövründə hətta oruc daha sərt olub. Danışmaq da olmazmış. Çünki, insan istər istəməz yalan danışa, qiybət edə, kiminsə xətrinə dəyə bilərdi: 

“Amma İslamda danışmaq orucu pozan işlərə daxil olmasa da tövsiyyə xarakterli əmrdir. Oruc tutan adam gərək dilini də qorusun, əlini də, əməllərini də qorusun. Əgər digər günlərdə pis və günah edən adamlar Ramazanda oruc tutub, sonra yenidən günah əməllərə dönürsə, onun orucunun heç bir mənası yoxdur və hədərdir. Allah riyakarlığı qəbul etmir. Oruc tutan əvvəlcə tövbə etməlidir. Tövbə də keçmiş günahlara bir də dönməməkdir. Əgər dönürsə, tutduğu oruc əksinə , ona günah olaraq, yüklənər. Çünki, Allahın dini ilə məsxərə etmiş kimi sayılar. Riyakar müsəlman olmaqdansa əməlisaleh ateist olmaq yaxşıdır”.

Sevinc

Chosen
18
33
hit.az

10Sources