EN

Əkrəm İmamoğlunun diplomu ləğv edildi

  İstanbul Universiteti İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomunun ləğv edildiyini açıqlayıb.

Referans.az Teleqraf-a istinadən xəbər verir ki, ali məktəb İmamoğlu daxil olmaqla 28 nəfərin diplomunu geri almaq şərtilə ləğv edib.

Qeyd edək ki, Türkiyə mətbuatında Ə.İmamoğlunun universitet diplomunun saxta olduğu barədə iddialar yayılmışdı. Şimali Kipr Türk Cümhuriyyətində Girnə-Amerikan Universitetinə daxil olan Ə.İmamoğlu daha sonra İstanbul Universitetinə transfer üçün müraciət edib. Bu gün universitetlərarası köçürülmə qərarının qanunsuz olduğuna dair qərar verilib.  

Chosen
52
22
referans.az

10Sources