"Transfermarkt" İngiltərə Premyer Liqası üzrə oyunçu qiymətlərini yeniləyib.
90deqiqe.Az xəbər verir ki, son yeniləməyə əsasən, ən çox ucuzlaşan "Liverpul"un hücumçusu Darvin Nunes və "Mançester Yunayted"in hücumçusu Rasmus Höylund olub. Hər ikisi qiymətlərini 15 milyon avro aşağı salıb. İndi onların dəyəri müvafiq olaraq 50 və 45 milyondur.
Onlara "Mançester Siti"dən Bernardo Silva qoşulub, portuqaliyalı da qiymətini 15 milyon avro aşağı salıb və onun dəyəri 45 milyondur. Eyni zamanda, 6 oyunçu bir anda 10 milyon avro ucuzlaşıb.
Bunlar Fil Foden və Cek Qriliş (“Mançester Siti”), Martin Odeqard və Mikel Merino (“Arsenal”), Kristian Romero və Ceyms Meddison (“Tottenhem”).