EN

BMT TŞ İsrailin Qəzzaya hücumlarına etiraz etdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrailin Qəzzaya yenidən hücumlarına reaksiya verib. Metbuat.az xəbər verir ki, 15 üzvdən ibarət şurada çıxış edən ölkə təmsilçilərinin demək olar ki, hamısı İsrailin hücumlarını tənqid edib. ABŞ isə İsrailə dəstək mesajı verib. ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Doroti Şi bildirib ki, hərbi əməliyyatların yenidən başlanmasına görə məsuliyyət HƏMAS-ın üzərinə düşür. O, israilin HƏMAS-ın mövqelərini hədəfə aldığını iddia edib.

Qeyd edək ki, İsrail tərəfi HƏMAS-ın girovları buraxmadığını irəli sürərək, Qəzzada hərbi əməliyyatları bərpa edib.

Chosen
25
43
metbuat.az

10Sources