EN

Həyat yoldaşını öldürüb polisə təslim oldu

Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.

Şəhər sakini 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Çoxlu qan itirən G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq, o, əməliyyat zamanı ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
33
4
yenicag.az

10Sources