EN

Özünü Xavi, Modriç və Zidandan yaxşı sayır - İDDİAYA BAX!

“Real”ın sabiq futbolçusu, hazırda Meksikanın “Leon” klubunda çıxış edən Xames Rodriges dünya futbolunun ən yaxşı yarımmüdafiəçisi ilə bağlı keçirilən sorğuda iştirak edib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kolumbiyalı futbolçu özünün ən yaxşı çağında olduğunu deyib:

“Xames, yoxsa Zinəddin Zidan? Xames! Zidan yaxşı idi, dünya kubokunu qazandı. Amma mən özümü seçirəm.

Xames, yoxsa Luka Modriç? Xames!

Xames, yoxsa Xavi? Xames! Xames ən yaxşı çağındadır”.

33 yaşlı yarımmüdafiəçi bu mövsüm 18 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib. O, 2014-2020-ci illərdə “Real”da çıxış edib.

Chosen
14
sportinfo.az

1Sources