EN

UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrəReprezentativ siyahısına çoxmillətli nominasiya kimi (Azərbaycan,Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) daxiledilmiş Novruz bayramı qurumun mənzil-qərargahında təntənə ilə qeydedilib.

Trend xəbər verirki, bayram tədbiri Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan,İran, İraq, Hindistan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə vəTürkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgətəşkilatçılığı ilə reallaşıb.

Tədbirin təşkilat komitəsinin rəhbəri qismində QırğızıstanınUNESCO yanındakı daimi nümayəndəsi, səfir Sadık Şer-Niyaz çıxışedərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb. Novruzbayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əksetdirdiyini, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsiolduğunu diqqətə çatdırıb. Novruzu bəşəriyyət üçün önəmlibayramlardan biri kimi səciyyələndirib və UNESCO-da on ölkənin butədbiri birgə təşkil etməsinin möhkəm əməkdaşlıq nümunəsi olduğunuvurğulayıb.

UNESCO-nun baş direktorunun müavini Şinq Qu 2009-cu ildəUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısınadaxil edilmiş Novruzun müxtəlif xalqları birləşdirməsindən, sülh,həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirməsindən,nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğundandanışıb.

Tədbirə qatılan UNESCO-nun Baş direktoru Odri Azuley hər kəsiNovruz bayramı münasibətilə təbrik edib. O, dünyanın müxtəlifyerlərində yaşayan insanların çətin dönəmdən keçməyinə baxmayaraq,bu gözəl bayramın yenilənmə, arzular, təbiətin oyanması,ailələrimiz və dostlarımız ilə görüşlər, ümid rəmzi olduğunubildirib. Daha sonra Baş direktor ölkələrin hazırladıqları bayramsüfrələrinə yaxınlaşaraq, onlarla yaxından tanış olub.

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəriElman Abdullayev qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsiənənələri haqqında məlumat verib.

Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyətnümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər.Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığıilə milli rəqsimiz təqdim olunub. Zalda böyük ekranlarda hər birölkənin Novruz adət-ənənələrinə dair video yayımlanıb. Daha sonratəşkil olunan ziyafətdə milli təamlarımız təqdim olunub.

Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nunQeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxiledilib.

UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
Chosen
17
1
az.trend.az

2Sources