EN

İranda ilaxır çərşənbədə 9 nəfər ölüb

Bakı. Trend:

Ötən gün İranda ilaxır çərşənbə günündə 9 nəfər ölüb, 2 466nəfər isə xəsarət alıb.

Trend-inməlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri CəfərMiadfər yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, 115 nəfərin bədən üzvü amputasiya olunub,720 nəfər göz nahiyəsindən xəsarət alıb, 700 nəfərdə müxtəlifdərəcəli yanıq xəsarətləri qeydə alınıb.

Miadfər əlavə edib ki, ən çox hadisə Tehran, Qərbi Azərbaycan vəŞərqi Azərbaycan vilayətlərində qeydə alınıb.

O qeyd edib ki, ümumilikdə ötən 28 gün ərzində İranda Novruzbayramı şənliklərinə hazırlıq və çərşənbə günləri ilə əlaqədar 15nəfər ölüb, 3 276 nəfər xəsarət alıb.

Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar çərşənbələrdətonqalların qalanmasında təhlükəsizlik qaydalarına ciddi şəkildəriayət olunmur və kustar üsulla pirotexniki vasitələr hazırlanır vəistifadə edilir.

Chosen
95
17
az.trend.az

10Sources