EN

Suqovuşanda inşa olunan yaşayış kompleksi istifadəyə verilib (FOTO)

Ağdərə. Trend:

Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayışkompleksi istifadəyə verilib. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə(591 nəfər) siyahıya alınıb

Trendxəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndişəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələrşöbəsinin müdiri Afət Telmanqızı deyib.

“2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəlidir və 5yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üçvə dördotaqlı 190 mənzil var. Kənddə yararsız vəziyyətdə olan 144şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləriaparılıb.

Bundan əlavə, ümumi gücü 7,8 meqavatt olan “Suqovuşan-1” və“Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidənqurmadan sonraistifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi layihəsi” icraolunub”, - o bildirib.

Qeyd edək ki, Suqovuşan kəndinə bu gün 20 ailə köç edəcək.

Suqovuşanda
Suqovuşanda
Suqovuşanda
Suqovuşanda
Suqovuşanda
Suqovuşanda
Suqovuşanda
Suqovuşanda
Suqovuşanda
Suqovuşanda
Chosen
24
14
az.trend.az

10Sources