Astara Olimpiya İdman kompleksinin nəzdində cüdo zalı açılıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Açılış mərasimində federasiya prezidentinin müşaviri Natiq Bağırov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, qurumun regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov, Ruslan Yunusov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi şəxslər iştirak ediblər.
Cüdo zalı müasir standartlara cavab verən tatami və digər zəruri avadanlıqlarla təchiz edilib.
L.QURBANOVA
XQ