EN

Bakıda Novruz şənliyi keçirilib - FOTOLAR

Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı keçirilən yeni istirahət parkında sakinlər və şəhərin qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri üçün Novruz şənliyi təşkil edilib. SİA xəbər verir ki, şənlik parkın rəhbərliyi və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə baş tutub.

Bayram əhval-ruhiyyəsində, rəngarəng bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb, gənc rəssamların rəsm əsərləri nümayiş etdirilib.

Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar və çalğıçılar iştirak ediblər.

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət xadimləri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Chosen
1
9
sia.az

10Sources