EN

Bu gün Suqovuşan kəndinə 20 ailə köçürüləcək

uqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Onlardan 20 ailə bu gün kəndə köçürüləcək.

“Report”un Ağdərə rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Suqovuşan kəndində 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir:

"Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib".

A.Telmanqızı bildirib ki, Suqovuşanda istirahət kompleksi layihəsi də icra olunub:

Chosen
5
11
aznews.az

10Sources