EN

Möhtəşəm Novruz şənliyi FOTOLARDA

Yazını böyüt
Yazını kiçilt

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində xüsusi coşqu və məhəbbətlə qeyd edilir. Qədim dövrlərdən bu günə kimi qorunub saxlanan bu əziz bayram Bakı şəhərində də geniş keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən hafta.az-a verilən məlumata görə, Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində açılan yeni istirahət parkında bu parkın rəhbərliyi və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Bakı sakinləri və şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri üçün möhtəşəm Novruz şənliyi təşkil edilib.

Bildirilib ki, bayram əhval-ruhiyyəsində, rəngarəng bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb, gənc rəssamların rəsm əsərləri nümayiş etdirilib.Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar və çalğıçılar iştirak ediblər.

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət xadimləri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Eyni zamanda, çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Gün ərzində davam edən bayram tədbiri iştirakçıların böyük sevincinə səbəb olub və bayram əhval-ruhiyyəsi yaradıb.

Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
 
Chosen
6
9
hafta.az

10Sources