EN

Ayaq burxulmasına qarşı xəbərdarlıq: İlk müdaxilə çox vacibdir

Ayaq burxulmasına qarşı xəbərdarlıq:

Ayaq biləyi burxulmaları həm gündəlik həyatda, həm də idman zamanı tez-tez rast gəlinən zədələrdir. Düzgün müalicə və erkən müdaxilə bu tip xəsarətlərin uzunmüddətli fəsadlarını azaltmağa kömək edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, təkrarlanan burxulmalar oynaq qığırdaqlarında qalıcı zədələnməyə səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, burxulma, ayaq biləyindəki bağların uzanması, qismən və ya tam yırtılması nəticəsində yaranır. Basketbol, futbol, tennis kimi idman növlərində, eləcə də qeyri-bərabər səthlərdə gəzmək və ya qaçmaq burxulma riskini artırır. Hündürdaban ayaqqabı geyinmək, zəif əzələ quruluşu və artıq çəki də risk faktorları sırasındadır.

Burxulma zamanı ilk yardım vacibdir. Zədələnmiş yer sıxılmayan sarğı ilə sarılmalı, ayaq yuxarı qaldırılaraq buz tətbiq edilməlidir. Hərəkət məhdudlaşdırılmalı və burxulan ayağa basılmamalıdır. Yüngül burxulmalar 1-3 həftəyə sağalır, orta dərəcəli zədələr 3-6 həftəyə bərpa olunur. Ciddi burxulmalar isə aylarla davam edə bilər və bəzən əməliyyat tələb edir.

Burxulmaların qarşısını almaq üçün idmandan əvvəl isinmə hərəkətləri edilməli, uyğun ayaqqabı seçilməli və qeyri-bərabər səthlərdə diqqətli olmaq lazımdır. Əzələ gücünü artıran məşqlər və dəstəkləyici biləkliklər də burxulma riskini azalda bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
6
e-saglam.az

1Sources