“Tottenhem”in yarımmüdafiəçisi İv Bissuma yay transfer pəncərəsində komandasını tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının üç klubunun – “Aston Villa”, “Kristal Pelas” və “Everton”un “radar”ındadır.
Bundan əlavə, Fransanın bir neçə klubu da Bissumanın xidmətində maraqlıdır və onun üçün təxminən 25-30 milyon avro təklif etməyi planlaşdırır.
Fil Dişi Sahilindən olan futbolçu bu mövsüm bütün turnirlərdə 35 matçda meydana çıxıb və 2 qol vurub. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.