Bakıda aksiz markası olmayan siqaretlər aşkarlanıb.
Bu barədə Dövlət Gömrük Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Sumqayıt Gömrük İdarəsinin əməkdaşları aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıb.
Bakı şəhəri, Nizami rayonu ərazisində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən məcburi nişanlanma ilə nişanlanmamış 25200 ədəd siqaret aşkar edilib.