AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” komandası 500 manat cərimə edilsin (maddə 70.1);
13.03.2025-ci il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Difai” oyununda “Cəbrayıl” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilsin (maddə 37);
13.03.2025-ci il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Difai” oyununun 25-ci dəqiqəsində “Cəbrayıl” komandasının 44 nömrəli futbolçusu Samir İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Cəbrayıl” komandası 100 manat cərimə edilsin (maddə 41);
13.03.2025-ci il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Difai” oyununun 76-cı dəqiqəsində “Cəbrayıl” komandasının 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Cəbrayıl” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
13.03.2025-ci il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Difai” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
14.03.2025-ci il tarixində I Liqada XVIII turun “Mingəçevir” – MOİK oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” komandası 150 manat cərimə edilsin (maddə 52.2);
15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununun 56-cı dəqiqəsində “Şamaxı-2” komandasının 76 nömrəli futbolçusu Rüfət Zülfüqarlı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Şamaxı-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Səbail-2” komandasının azarkeşləri tərəfindən təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail-2” komandasına xəbərdarlıq edilsin (maddə 43.7);
15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Səbail-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının 95 nömrəli qapıçısı Rəvan Kazımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi-2” komandası 200 manat cərimə edilsin (maddə 40.5);
16.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Sabah-2” – “Zirə-2” oyununun 68-ci dəqiqəsində “Zirə-2” komandasının 46 nömrəli futbolçusu Nurhan Abdıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Zirə-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
16.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Qarabağ-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37).
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərgünəş(Füzuli)-Ümid(Saatlı) oyununda Ərgünəş(Füzuli) komandasının heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə Ərgünəş(Füzuli) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.2);
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Sabirabad FK-Mil FK oyununda Sabirabad FK komandasının heyətində başqa komandanın futbolçusu meydana çıxdığına görə Sabirabad FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.2);
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Salyan OİK-Qobustan FK oyununda Qobustan FK komandasının heyətində N14 futbolçu Tural Nəhmətli qarşılaşmanın 90+4-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyun cəzalansın (maddə 43.3);
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Salyan OİK-Qobustan FK oyunu bitdikdən sonra Qobustan komandasının baş məşqçisi Elbrus Baxşəliyev hakimin üzərinə hücum etdiyinə, onu vurmağa cəhd etdiyinə görə 5 oyun cəzalansın (maddə 40.8, 40.11);
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Salyan OİK-Qobustan FK oyunu bitdikdən sonra Qobustan komandasının N3 futbolçusu Samin Gülməmmədov hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyun cəzalansın (maddə 43.3);
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Masallı PFK-Lənkəran FK oyununda Lənkəran FK komandasının heyətində N2 futbolçu Elvin Həşimlinin qarşılaşmanın 90-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Əmirli FK-Çinar Zəngilan FK oyununda Əmirli FK komandasının heyətində N6 futbolçu Mirzəxan Bəyalızadə qarşılaşmanın 70-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın (maddə 43.3);
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Əmirli FK-Çinar Zəngilan FK oyununda Əmirli FK komandasının məşqçisi Qüvvət Əmrahov qarşılaşmanın 70-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 42.3);
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Əmirli FK-Çinar Zəngilan FK oyununda Əmirli FK komandasının baş məşqçisi Sənətkar Abbaszadə qarşılaşmanın 70-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 42.3);
16 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Əmirli FK-Çinar Zəngilan FK oyununun 70-ci dəqiqəsində Çinar Zəngilan FK komandasının heyətində N31 futbolçu Elcan Sarıyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
15 mart 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Qarabağ FK-Zirə PFK oyununda Zirə PFK komandasının heyətində N6 futbolçu Ömər Əliaslanlı qarşılaşmanın 72-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5);
16 mart 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Universal Football Academy oyununda Şamaxı FK komandasının heyətində N87 futbolçu Əli Balayev qarşılaşmanın 88-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5);
13 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən European Football Academy-Dinamo(Bakı) oyununda Dinamo(Bakı) komandasının heyətində N17 futbolçu Emil İsmayılov qarşılaşmanın 43-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5);
16 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ-Qəbələ İK oyununda Qəbələ İK komandasının heyətində N16 futbolçu Nahid Ramazanov qarşılaşmanın 89-cu dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 42.2);
17 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Sabah FK oyununda Sabah FK komandasının heyətində N5 futbolçu Zakir Əmirov hissələrarası fasilədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalansın (maddə 43.3);
16 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Sumqayıt FK-Səbail PFK oyununda Səbail PFK komandasının baş məşqçisi Ceyhun Cavadov qarşılaşmanın 16-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);
15 mart 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK-ASTA FK oyununda ASTA FK komandasının heyətində N4 futbolçu Amil Ağayev qarşılaşmanın 73-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5);
15 mart 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ –Sabah FK oyununda Sabah FK komandasının heyətində N4 futbolçu Əbubəkir Abdullayev qarşılaşmanın 80+4-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
15 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Xan Lənkəran FK – R.S.İ Real FK oyununda R.S.İ Real FK komandasının heyətində N3 futbolçu Oruc Orucovun qarşılaşmanın 79-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 39.1);
15 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Təhsil 8 İOEUGİM – Neftçi PFK oyununda Təhsil 8 İOEUGİM komandasının heyətində N1 futbolçu Fərid Fərhadlı qarşılaşmanın 4-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
16 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Yasamal FM Şəmkir – Avey Ağstafa oyununda Avey Ağstafa komandasının heyətində N1 futbolçu Sərxan Kərimov qarşılaşmanın 42-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
15 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Baku Sporting FK –Zəngəzur FK oyununun Zəngəzur FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Zəngəzur FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.4);
15 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Zirə PFK – Ulduz FA oyununda Zirə PFK komandasının heyətində N4 futbolçu Süleyman Zeynalov qarşılaşmanın 22-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
16 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Uğur(Mingəçevir) – Qala (Bərdə) oyunu Uğur(Mingəçevir) komandası təyin edilən vaxtda gəlmədiyi üçün baş tutmadığına görə Uğur(Mingəçevir) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, bu hal 3-cü dəfə təkrarlandığı üçün Uğur(Mingəçevir) komandası yarışlardan kənarlaşdırılsın (maddə 63.1);
16 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Mil (Beyləqan) – Çinar (Göyçay) oyunu Çinar (Göyçay) komandası təyin edilən vaxtda gəlmədiyi üçün baş tutmadığına görə Çinar (Göyçay) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.4);
9 mart 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Qartal FK – Gənclər PFM oyununda Qartal FK komandasının heyətində lisenziyası olmayan futbolçu aşkar edildiyinə görə Qartal FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.2);
15.03.2025-ci il tarixində AFFA U-13 Qızlar Liqasının “Xan Lənkəran FK-Sumqayıt PFK” oyununda Xan Lənkəran komandası protokolda adı olmayan oyunçu oynatdığına görə Xan Lənkəran komandasına texniki məğlubiyyət verilsin. Matçın hesabı olduğu kimi saxlanılsın (maddə 61.2);
15.03.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Baku Juniors-Sumqayıt FK” oyunu Baku Juniors komandası oyuna protokolu (heyəti) təqdim etmədiyinə görə baş tutmadığı üçün Baku Juniors komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.4);
15.03.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Dirçəliş FK-Qəbələ İK” oyununun 80-ci dəqiqəsində Qəbələ İK komandasının N13 oyunçusu Aysel Davudlu qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq oyundan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
16.03.2025-ci il tarixində AFFA U-17 Qızlar Liqasının “Zaqatala” PFK – “Sabah” FK oyunun 68-ci dəqiqəsində “Zaqatala” PFK komandasının 11№ oyunçusu Hənifət İbrahimova təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
16.03.2025-ci il tarixində AFFA U-17 Qızlar Liqasının “Zaqatala” PFK – “Sabah” FK oyunun 68-ci dəqiqəsində “Sabah” FK komandasının 10№ oyunçusu Fatimə Kərimli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
16.03.2025-ci il tarixində keçirilən futzal üzrə 1-ci liqanın 9-cu turunun Dəstə Ordubad – Xan Lənkəran oyununda Xan Lənkəran komandasının oyunçusu Pərviz Həsənov oyunun 29-cu dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
“Araz-Naxçıvan”dan 20 cavabsız qol
Qəzənfər Abbasov MOİK-dən ayrıldı - ÖZÜ AÇIQLADI
II Liqa: “Şəfa” rəqibinə güzəştə getmədi - 10:0
Millimiz hazırlığa start verib
Lənkəranda UEFA turniri keçirilib