Xəbər verdiyimiz kimi, ötən gün – İlaxır çərşənbədə Prezident İlham Əliyev Ağdərəyə səfər edib və Suqovuşanda yeni kompleksin istifadəyə verilməsi mərasimində iştirak edib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev sakinlərlə görüşdə işğal tarixinə, erməni terrorçuların azərbaycanlılara qarşı törətdiyi əməllərə toxunub.
“Mən bunu demişəm, bir daha demək istəyirəm, biz heç vaxt bu vəhşiliyi, bu pisliyi unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik, gücümüzü ancaq Ermənistan ordusunu məhv etmək üçün səfərbər etmişdik. Onlar isə əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. Vaxtilə bizi hədələyənlər, “biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər. Mən isə demişəm, tanklar da Bakıdadır, Qənimətlər Parkında, çayı da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər”, - prezident vurğulayıb.
Prezidentin çıxışından həmin hissənin görüntüsünü təqdim edirik: