Almaniya millisinin hücumçusu Deniz Undav UEFA Millətlər Liqasının 1/4 final mərhələsində İtaliya yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"İtaliya çox yaxşı və təhlükəli rəqibdir, amma biz ən yaxşılarla döyüşmək istəyirik. Yaxşı hazırlaşacaq və bu oyunda qələbə qazanmağa çalışacağıq. Hədəfimiz qələbədir. Başqa cür ola da bilməz. Titul qazanmaq istəyirik. Axı bu turnirin qalibi olmaq prestijdir. Almaniya futbolu yenidən yüksəlişdədir. Bu məqam bizim üçün olduqca önəmlidir".
Qeyd edək ki, tərəflərin ilk oyunu martın 20-də İtaliyada, cavab qarşılaşması isə birinci dueldən 3 gün sonra Almaniyada baş tutacaq.
Nihat